Mobil versiya
"Artıq III Dünya Müharibəsinə doğru getmirik" - Tramp
Tarix: 20-08-2025 | Saat: 09:39
Bölmə:Manşet / İdman | çapa göndər

"Artıq III Dünya Müharibəsinə doğru getmirik" -

ABŞ prezidenti Donald Tramp planetin artıq III Dünya Müharibəsinə doğru getmədiyini bəyan edib.

aia.az xəbər verir ki, o, bunu amerikalı jurnalist Mark Levinə müsahibəsində deyib.

ABŞ lideri Ukraynadakı münaqişədən danışıb. O, ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə vəziyyətin daha da pisləşdiyini qeyd edib: "Düşünürəm ki, bu, III Dünya Müharibəsinə doğru gedirdi, lakin daha baş verməyəcək. Bu, yaxşı xəbərdir. Artıq bundan narahat olmaq lazım deyil.

Biz nizamlanma prosesinin necə getdiyini görəcəyik. Amma vəziyyət III Dünya Müharibəsinə doğru gedirdi. Bu, hərbi münaqişə baxımından indiyə qədər baş vermiş ən dəhşətli hadisədir. Bunlar İkinci Dünya Müharibəsindən bəri gördüyümüz ən yüksək rəqəmlərdir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-08-2025