Mobil versiya
Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş"a qalib gəldi
Tarix: 20-08-2025 | Saat: 09:00
Bölmə:İdman | çapa göndər

Çempionlar Liqası:

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.

aia.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər .67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə isə rəqib qapısına yol tapan Musa Qurbanlı yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-08-2025