Mobil versiya
Avrokuboklarda 3-cü təsnifat mərhələsinin püşkatması keçiriləcək
Tarix: 21-07-2025 | Saat: 09:10
Bölmə:İdman | çapa göndər

Avrokuboklarda 3-cü təsnifat mərhələsinin püşkatması keçiriləcək

İyulun 21-də futbol üzrə Avropa kuboklarında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

aia.az xəbər verir ki, UEFA reytinqinə görə yüksək pillədə qərarlaşan "Qarabağ" komandası artıq öncədən məlum olduğu kimi, bu mərhələnin püşkatmasında "səpələnmişlər", yəni güclülər səbətində yer alacaq.

Azərbaycan çempionunun potensial rəqibi aşağıdakı cütlərin qaliblərindən biri olacaq:

“Rijeka” (Xorvatiya) – “Ludogorets” (Bolqarıstan)

“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)

“Shkëndija” (Şimali Makedoniya) – FCSB (Rumıniya)

“Lech” (Polşa) – “Breidablik” (İslandiya)

“RFS” (Latviya) – “Malmö” (İsveç)

“KuPS” (Finlandiya) – “Kayrat” (Qazaxıstan)

UEFA püşkatma günü komandaları qruplara bölə bilər, bu halda “Şülburn” – “Qarabağ” cütünün potensial rəqiblərinin sayı 3 cütlə məhdudlaşa bilər.

Püşkatmanın nəticələri "Qarabağ"ın növbəti mərhələdəki rəqibi və səfər/gərginlik baxımından planlaması üçün əhəmiyyətli olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2025