Səttar Möhbalıyev: Yeni əməkdaşlıq formatının təməli qoyuldu
Tarix: 24-08-2025 | Saat: 09:22
Bölmə:Manşet / Siyasət | çapa göndər

Avqustun 22-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli görüş regionun gələcəyi üçün mühüm bir mərhələ oldu. Cənab Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər yalnız üç ölkənin deyil, bütün Türk dünyasının strateji inkişaf yolunu əks etdi. Bu çıxış həm qardaşlıq duyğularının, həm də real siyasi-hüquqi və iqtisadi əsasların üzərində qurulmuş tərəfdaşlıq platformasının təntənəsi idi.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyev Türkmənistanda müşahidə olunan sabit inkişafı yüksək dəyərləndirərək qeyd etdi: “Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir.” Azərbaycan liderinin sözləri bir daha göstərdi ki, Türkmənistanın keçdiyi inkişaf yolu bölgədə sabitlik, iqtisadi dirçəliş və sosial rifahın təminatına çevrilib. Azərbaycan Prezidentinin diqqət çəkdiyi mühüm məqamlardan biri də Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşma sənədinin imzalanması oldu. Cənab Prezident İlham Əliyev bunu belə xarakterizə etdi: “Bu, əslində, bizim qardaşlığımızın rəmzidir.” Əsrlərin dərinliklərindən gələn türkmən–azərbaycan dostluğu artıq konkret siyasi sənədlərlə təsbit olunur, gələcəyə istiqamətlənir. Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun və strateji yaxınlığın yüksək səviyyədə olduğunu da vurğuladı: “Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək.” Bu mövqelərin üst-üstə düşməsi, xüsusilə də regional və çoxtərəfli əməkdaşlıq məsələlərində, böyük geosiyasi əhəmiyyət daşıyır.
Millət vəkili fikirlərinin davamı olaraq deyib ki, qardaşlıq münasibətlərinin konkret təzahürlərindən biri Türkmənistanın Füzulidə məscid inşa etməsi oldu. Cəna Prezident İlham Əliyev minnətdarlıqla bildirdi: “Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır.” Bu addım həm dini, həm də milli birlik baxımından mühüm simvolik məna daşıyır. Bu məscid Qarabağın dirçəlişində türkmən xalqının qardaş dəstəyinin əbədi yadigarı olacaq. Azərbaycan Prezidenti Özbəkistanın Qarabağın bərpasında göstərdiyi qardaşlıq nümunəsini də xüsusi qeyd etdi: “Hazırda Xankəndidə iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır.” Bu, təkcə iqtisadi töhfə deyil, həm də sosial dirçəlişin, qadınların məşğulluğunun dəstəklənməsinin ifadəsidir. Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə açılan Mirzə Uluqbəy adına məktəb isə Qarabağ gənclərinin gələcəyi üçün böyük bir sərmayədir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, hər dəfə həmin məktəbin yanından keçən insanlar qardaşlıq minnətdarlığını hiss edirlər. Prezident İlham Əliyevin bəyanatında ən önəmli siyasi mesajlardan biri də bu idi: “Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir.” Azərbaycanla Özbəkistan münasibətləri sözlə deyil, əməli işlərlə sübut olunur. Qarabağın bərpasında qardaş ölkələrin iştirakı bunun ən bariz nümunəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkmənistan–Azərbaycan–Özbəkistan Zirvəsi sadəcə görüş deyil, yeni əməkdaşlıq formatının təməlinin qoyulmasıdır: “Bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır.” Nəqliyyat, logistika, enerji, elektroenergetika, mədəniyyət sahələrində üçtərəfli əməkdaşlıq perspektivləri artıq gündəlikdədir və dövlət başçılarının göstərişləri ilə müvafiq qurumlar bu istiqamətdə fəaliyyətə başlayıblar. Türkmənistan–Azərbaycan–Özbəkistan Zirvəsi bir daha sübut etdi ki, Türk coğrafiyasında yaranan yeni əməkdaşlıq modelləri qardaşlıq üzərində qurulur, amma sadəcə emosional deyil, konkret strateji nəticələr doğurur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyanatı isə bu tarixi günün siyasi çərçivəsini cızdı: əminlik, birlik, əməldə qardaşlıq və regional sabitlik. Bu zirvənin nəticələri yalnız bu üç ölkənin deyil, bütövlükdə Türk dünyasının gələcəyinə xidmət edir- deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2025
23-08-2025