Eltun Süleymanov: "Avaza Zirvəsinin istiqlal nəfəsi və qardaşların strateji tərəfdaşlığı"
Tarix: 24-08-2025 | Saat: 10:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

Türkmənistanı Türkmənbaşı şəhəri avqustun 22-də tarixi bir hadisəyə şahidlik etdi. Türkmənistan, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək səviyyəli görüşü yalnız bir diplomatik addım deyildi. Bu, Türk dünyasının siyasi gələcəyinə yazılan yeni səhifə idi. Cənab Prezident İlham Əliyevin bəyanatı isə bu görüşün mahiyyətini ən dolğun şəkildə ifadə etdi və qardaşlıqdan strateji əməkdaşlığa doğru atılan əmin addım olduğunu söylədi.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, Azərbaycan Prezidenti çıxışında Türkmənistanda gedən proseslərə yüksək dəyər verdi: “Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir.” Prezident İlham Əliyevin sözlərində bir siyasi mesaj da vardı: sabitlik və inkişaf yalnız müdrik rəhbərlik sayəsində mümkündür. Türkmənistan liderlərinin quruculuq xətti Avazadan Arxadağa qədər hər guşədə özünü göstərir. Arxadağla Füzuli şəhərlərinin qardaşlaşması isə bu prosesin simvolik möhürüdür. Bu sənəd əslində bir həqiqəti təsdiqlədi – türkmən və azərbaycan xalqları tarix boyu bir ailə olublar, bu gün isə müstəqil dövlətlər kimi eyni ruhla yeni üfüqlərə addımlayırlar. Prezident İlham Əliyevin fikirləri bir daha sübut etdi ki, Bakı və Aşqabad arasında dialoq yalnız formal münasibətlərdən ibarət deyil: “Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək.” Bu, sadəcə ikitərəfli dostluq yox, çoxtərəfli əməkdaşlığın da açarıdır. Çünki hər iki dövlətin mövqeləri üst-üstə düşür, maraqları uzlaşır və siyasi iradələri bir istiqamətə yönəlib. Ən təsirli məqamlardan biri Türkmənistanın Qarabağa töhfəsi oldu. İlham Əliyev bəyan etdi ki, türkmən lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscid inşa ediləcək: “Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır.” Bu məscid təkcə dini məbəd deyil, həm də türk xalqlarının birliyinin daş kitabəsi olacaq. Qarabağın qəlbində yüksələcək bu məscid azərbaycanlıların qəlbində əbədi minnətdarlıq işığı kimi yaşayacaq. Azərbaycan lideri bəyanatında Özbəkistanın dəstəyini də xüsusi vurğuladı. Şavkat Mirziyoyevin təşəbbüsü ilə Xankəndidə fəaliyyət göstərən böyük tikiş fabriki artıq iki yüzdən çox insana, xüsusən də qadınlara iş yeri verib. Prezident İlham Əliyevin sözləri ilə desək, bu, Qarabağın dirçəlişinə qardaş özbək xalqının qiymətli hədiyyəsidir. Daha öncə isə Füzulidə açılmış Mirzə Uluqbəy adına 960 şagirdlik məktəb gələcək nəsillərə ünvanlanmış ən dəyərli töhfələrdən biri oldu. Qarabağda oxuyan hər bir gənc bu məktəbi özbək qardaşlığının yadigarı kimi görəcək. Cənab Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub.” Bu, sadəcə diplomatik kompliment deyil, gerçəklərin diktə etdiyi həqiqətdir. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və Qarabağın bərpası proseslərində Özbəkistan və Türkmənistanın dəstəyi əməldə qardaşlığın canlı nümunəsi oldu. Bu zirvə görüşü diplomatiyanın sadə bir aktı yox, bölgədə yeni əməkdaşlıq modelinin elanıdır. Dövlətimizin başçısı İlham Əliyev bunu belə səciyyələndirdi: “Bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır.” Nəqliyyat, tranzit, enerji, elektroenergetika, neft, qaz və mədəniyyət sahələrində nəzərdə tutulan birgə fəaliyyət planı artıq üçtərəfli əməkdaşlığın reallığa çevriləcəyini göstərir. Türkmənistan–Azərbaycan–Özbəkistan zirvəsi bir gerçəyi təsdiqlədi: Türk coğrafiyası yeni siyasi güc mərkəzi formalaşdırır. Cənab Prezident İlham Əliyevin Avaza bəyanatı isə bu siyasi xəritənin konturlarını cızdı – qardaşlıq, əməkdaşlıq, strateji tərəfdaşlıq və sabitlik. Bu gün imzalanan sənədlər sabah bölgəmizin inkişaf yolunu müəyyən edəcək. Bu yolun əsasında isə bir söz dayanır: əməldə qardaşlıq, strateji birlik, ortaq gələcək-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2025
23-08-2025