Mobil versiya
Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.
Tarix: 23-08-2025 | Saat: 22:54
Bölmə:Siyasət | çapa göndər

Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.

Azərbaycanın ən strateji bölgələrindən biri olan Kəlbəcər illərlə işğal altında qaldıqdan sonra bu gün tamamilə yeni simada dirçəlir. 32 illik həsrətdən sonra doğma torpaqlarına qayıdan kəlbəcərlilər üçün dövlət tərəfindən yaradılan şərait, əslində, təkcə məskunlaşma deyil, həm də böyük tarixi ədalətin təntənəsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir”. Bu ifadə artıq bölgədə aparılan genişmiqyaslı quruculuq işlərinin mahiyyətini açıq şəkildə göstərir.
Yeni salınan yaşayış kompleksləri, müasir infrastruktur, su, təbii qaz, işıq təminatı və rahat yollar sakinlərin həyatına tamamilə fərqli nəfəs gətirib. Artıq Kəlbəcər təkcə köçkünlərin doğma yurdlarına dönüş yeri deyil, həm də Azərbaycanın ən müasir şəhərlərindən birinə çevrilməkdədir. Şəhərdə inşa edilən məktəblər, sosial obyektlər, yeni iş yerləri və turizm potensialı bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.
Kəlbəcərin təbiəti həmişə Azərbaycan xalqı üçün füsunkar olub. Bu gün isə həmin təbiət müasir memarlıq nümunələri və geniş abadlıq layihələri ilə tamamlanır. Tunellərin çəkilməsi, yeni yolların salınması və beynəlxalq standartlara cavab verən yaşayış sahələrinin qurulması Kəlbəcəri qısa zamanda regionun turizm mərkəzinə çevirəcək.
Uzun illər yataqxanalarda, çadırlarda və ağır şəraitdə yaşamış insanların indi doğma torpaqlarında müasir mənzillərə qovuşması həm dövlətin gücünün, həm də xalqın iradəsinin bariz göstəricisidir. Bu, həm də Azərbaycanın müzəffər xalq kimi öz ərazilərində yeni həyat qurmaq əzmini bütün dünyaya nümayiş etdirməsidir.
Kəlbəcərin yenidən qurulması təkcə bölgə sakinləri üçün deyil, ümumilikdə bütün Azərbaycan üçün böyük bir qürur mənbəyidir. Dövlətin yaratdığı şərait yalnız bir şəhərin abadlaşdırılması deyil, həm də milli birlik və gücün təcəssümüdür. Kəlbəcərin bu gün yeni simada dirçəlməsi, sabah Azərbaycanın dünyaya təqdim edəcəyi nümunəvi inkişaf modelinə çevriləcək.

Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-08-2025