Mobil versiya
Ukrayna xalqına humanitar dəstəyə davam edəcəyik - İlham Əliyev
Tarix: 24-08-2025 | Saat: 12:25
Bölmə:Gündəm | çapa göndər

Ukrayna xalqına humanitar dəstəyə davam edəcəyik - İlham Əliyev


Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir.


aia.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrikində yer alıb.


Azərbaycanın dövlət başçısı qeyd edib ki, ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir.


“Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - Prezident İlham Əliyev qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-08-2025