Mobil versiya
Deputat: Qədim Azərbaycan yurdu olan Kəlbəcərin yeni inkişaf dövrü başlayır
Tarix: 23-08-2025 | Saat: 15:22
Bölmə:Manşet / Siyasət | çapa göndər

Deputat: Qədim Azərbaycan yurdu olan Kəlbəcərin yeni inkişaf dövrü başlayır

Azərbaycanın işğaldan azad olunan hər bir guşəsi kimi, Kəlbəcər də öz doğma sakinlərini qarşıladı. Bu həftə şəhərə ilk köç baş tutdu, həmçinin Prezident İlham Əliyev burada bir neçə yeni yaşayış məntəqəsinin təməlini qoydu. Beləliklə, birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Kəlbəcərə artıq yeni həyat qayıdır, burada yeni inkişaf dövrü başlayır.

Bu fikirləri mətbata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnamə qəbul etdiyini xatırladan K.Nurullayeva deyib: "Qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra 1993-cü il aprelin 30-da qəbul olunmuşdu. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələb edilirdi. Lakin 27 il ərzində bu sənədin icrası ilə bağlı mexanizm işləmədi. Əksinə, Ermənistanı silahlandıraraq, işğalçını daha da stimullaşdırırdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, münaqişəni həll etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirdilər. Lakin Azərbaycan öz məsələsini özü həll etdi. Belə ki, Azərbaycan öz gücü hesabına, təkbaşına BMT qətnamələrinin icrasına nail oldu, ərazi bütövlüyünü bərpa etdi, Kəlbəcər bir güllə atılmadan qaytarıldı".

Deputat bildirib ki, ermənilər Kəlbəcəri tərk edən zaman azərbaycanlılara daha böyük ziyan vurmaq üçün əraziləri, mülki obyektləri yenidən minalayıb, evləri, meşələri yandırıblar. Dünya bu vandalizmin şahidi oldu. Dövlətimizin başçısı bu vandallığı yada salaraq, Kəlbəcər şəhərində bir salamat binanın qalmadığını vurğulayaraq deyib: “O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, on nəfər yox, kütləvi surətdə edirdilər”. Təbii ki, Azərbaycan xalqı bu baş verənləri heç vaxt unutmayacaq.

"Prezident İlham Əliyev çıxışında növbəti dəfə sülh mesajı verdi. "Biz istəmirik ki, müharibə olsun” deyən dövlətimizin başçısı bir daha bəyan etdi ki, bununla belə “heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq”.

Azərbaycan müharibədən sonra daha da güclənib. Biz öz sərhədlərimizdə möhkəmlənmişik və istənilən təhdidin qarşısını almağa hazırıq. Təsadüfi deyil ki, Kəlbəcər strateji baxımdan olduqca əhəmiyyətli bölgə olduğundan burada da komando hərbi birləşmələri yaradılıb.

Azərbaycanın güclü liderə, güclü iqtisadiyyata, müasir və güclü orduya malik olması bərpa işlərinin sürətlə həyata keçirilməsi, sərhədlərimizin etibarlı qorunması və ölkəmizin maraqlarının müdafiəsində əsas faktordur", - deyə Könül Nurullayeva fikirlərini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-08-2025