Mobil versiya
Göydəniz Qəhrəmanov: “Kəlbəcərlilərin 32 ildən sonra öz doğma şəhərlərinə qayıdışı bir daha Azərbaycan xalqının torpağına bağlılığını göstərir ”
Tarix: 23-08-2025 | Saat: 21:01
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Göydəniz Qəhrəmanov: “Kəlbəcərlilərin 32 ildən sonra öz doğma şəhərlərinə qayıdışı bir daha Azərbaycan xalqının torpağına bağlılığını göstərir ”

“Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə mütəmadi olaraq etdiyi səfərlər bu ərazilərdə aparılan iri miqyaslı bərpa və yenidənqurma işlərinin dövlətin xüsusi diqqətində saxlandığını göstərir və həyata keçirilən layihələrin ən yüksək keyfiyyətlə icrasını stimullaşdırır. Dövlət başçısının hər belə səfəri çox sayda təməlqoyma və açılış mərasimləri ilə əlamətdar olur. Bundan sonra həmin torpaqlarda, öz dədə-baba yurdlarında daim yaşayacaq insanlar üçün tikilən evlər, açılan obyekt və müəssisələr, yaradılan infrastruktur bir tərəfdən ölkəmizin iqtisadi gücünü, digər tərəfdən də xalqımızın yaradıcı ruhunu bütün dünyaya nümayiş etdirir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Fikirlərini davam etdirən deputat cənab Prezident İlham Əliyevin azad edilmiş ərazilərdə açılışını etdiyi obyekt və müəssisələrin burada yaşayacaq insanların rifahına xidmət etdiyini diqqət mərkəzinə çəkib: “O cümlədən avqustun 21-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə etdikləri növbəti səfər çərçivəsində rayonun Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışını etdilər. Əlbəttə ki, bu hadisə ətraf ərazilərin elektrik enerjisi ilə fasiləsiz təchizatının həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident tərəfindən Kəlbəcərə daimi yaşamaq üçün qayıdan soydaşlarımıza şəhərin birinci yaşayış kompleksində yeni inşa olunmuş binalarda yerləşən mənzillərinin açarlarının təqdim olunması, eləcə də 3-cü və 4-cü yaşayış komplekslərinin təməlinin qoyulması Böyük Qayıdış dövlət proqramının icrası prosesinin Kəlbəcərdə də sürətlə getdiyini deməyə əsas verir. Eyni zamanda yenidən məskunlaşdıqları ərazilərdə insanların məşğuliyyətinin təminatı məsələsi də hər zaman diqqət mərkəzində saxlanılır. Dövlət başçısının iştirakı ilə “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı da bir tərəfdən rayonda sahibkarlığın inkişafına verilən növbəti dəstək, digər tərəfdən də məşhur Kəlbəcər balının artıq bir brend olaraq dünyada tanıdılması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirilməlidir. Heç bir şübhə yoxdur ki, tezliklə Şərqi Zəngəzur və Qarabağın digər füsunkar guşələri kimi, Kəlbəcər də ölkəmizə gələn xarici turistlərin sevə-sevə ziyarət edəcəkləri məkanlardan birinə çevriləcək. Bu isə yerli məhsullarımızın dünyaca məşhur brendlərə çevrilməsi üçün əlavə geniş imkanlar deməkdir.”

Həmçinin Göydəniz Qəhrəmanov cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə yerli sakinlərlə keçirdiyi görüşlərin əhəmiyyətini xüsusi vurğulayaraq bunları deyib: “Möhtərəm dövlət başçımızın işğaldan azad olunmuş ərazilərdə 30 illik məcburi köçkün həyatından sonra öz dədə-baba yurdlarına daimi yaşamaq üşün geri dönən sakinlərlə keçirdiyi hər bir görüş insanlarımızın həyat eşqini daha da alovlandırır, bir daha düşmən tapdağı altında qalmayacaq torpaqlarımıza yeni ruh, yeni nəfəs verir. O cumlədən Kəlbəcər sakinləri ilə keçirdiyi görüşdə etdiyi çıxışında cənab Prezident bir çox mühüm məqamlara toxundu. İlk növbədə qeyd olundu ki, kəlbəcərlilərin 32 ildən sonra öz doğma şəhərlərinə qayıdışı bir daha Azərbaycan xalqının iradəli xalq olduğunu və öz doğma torpağına bağlılığını göstərir. Öz çıxışında cənab Prezident İlham Əliyev Kəlbəcərin işğal altında olduğu dövrdə gedən prosesləri də bir daha xatırlatdı və bildirdi ki, həmin illərdə aparılan danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə - Fransa, Rusiya və Amerika isə, faktiki olaraq işğalı əbədi etmək istəyirdilər. Lakin Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və 2020-ci ildə Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdi. Həmçinin cənab Prezident İlham Əliyev cari ilin 7 avqust tarixində Vaşiqtona etdiyi işgüzar səfərin də bəzi nəticələrinə toxundu. Dövlətimizin başçısı bildirdi ki, Vətən müharibəsində tarixi Qələbə əldə etməyimizdən artıq beş il keçsə də Ermənistana himayədarlıq edən bəzi ölkələr hələ də bizə qarşı hərəkətdə idilər və ABŞ-nın paytaxtında, Ağ Evdə imzalanmış sənədlər bütün bu səylərə də birdəfəlik son qoydu” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-08-2025