Gülər Sultanzadə: “Konstitusiya və Suverenlik İli Azərbaycanın daha bir təntənəsidir”
Tarix: 11-02-2025 | Saat: 12:00
Bölmə:Siyasət | çapa göndər
![Gülər Sultanzadə: “Konstitusiya və Suverenlik İli Azərbaycanın daha bir təntənəsidir”](/uploads/posts/2025-02/1731311919_img-20240602-wa0016-1.jpg)
“Ölkə Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Əminliklə deyə bilərik ki, mühüm tarixi əhəmiyyətə malik olan bu sərəncam tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaq. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü böyük qürur hissi ilə qeyd edəcəyimizi nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsinin böyük məna daşıdığını deyə bilərik. 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək indi ən ümdə vəzifələrdən biridir.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Fikirlərini davam etdirən partiya fəalı bu gün Azərbaycanın bütün dünyada ədalət uğrunda mübarizə apardığnı vurğulayıb: “İnsan ədalətin təmin olunduğunu görəndə özünü daha güclü və əmin hiss edir. Çünki ədalət həyatımızda mizan yaradan ali dəyərdir. Amma ədalət də öz-özünə təmin olunmur. Bu məqsədə nail olmaq üçün onun naminə çalışmaq lazım gəlir. Cənab Prezident İlham Əiyev bu barədə demişdir: “Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır”. Möhtərəm dövlət başçımız qeyd etdi ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün Azərbaycan nümunəsi bir ümid işığıdır. Biz ərazi bütövlüyümüzə, suverenliyimizə birliyimizin gücü ilə nail olduq. 44 günlük Vətən müharibəsinin möhtəşəm tarixi, xalq-dövlət-ordu birliyi Azərbaycan cəmiyyətinin unikal monolitliyə malik olduğunu göstərdi. Bu birliyi daim qorumaq və gələcək nəsillərə ötürmək indi ən ümdə vəzifələrdən olmalıdır. Bunun üçün yeni nəslin milli ruhda tərbiyə alması, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiqlik göstərməsi, kənar təsirlərə düşməməsi, müxtəlif vədlərə aldanmaması mütləqdir.”
Daha sonra müsahibimiz torpaqlarımızın işğalına zəmin yaradan və ölkəmizə yenidən öz suverenliyini bərpa etmək şansı verən tarixi hadisələrdən bəhs edib: “Azərbaycan torpaqlarının işğalı XIX əsrin əvvəllərində bağlanmış üç müqavilədən "Kürəkçay", "Gülüstan", "Türkmənçay" müqavilələrindən başlanır. Bu müqavilələr faktiki olaraq sonrakı işğal üçün zəmin hazırladı. Belə ki, həmin müqavilələrin imzalandığı tarixə qədər heç vaxt Qarabağ torpağında yaşamamış ermənilər İrandan və Şərqi Anadoludan kütləvi surətdə bu əraziyə köçürüldülər. Beləliklə, Azərbaycanın gələcək bəlalarının əsası qoyuldu. Ermənistan və erməni alimlərinin hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışmalarına, öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmalarına rəğmən tarix tarixdir. Onu sona qədər ört-basdır etmək mümkün deyil. 1993-cü ilin iyununda, ölkənin o təlatümlü günlərində əgər Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtmasaydı, Azərbaycan dövlətinin, hətta parçalanaraq dünya xəritəsindən silinməsi ehtimalı labüd idi. Ümummilli Liderin ölkənin gələcək taleyinə görə məsuliyyəti öz üzərinə götürməsi tarixin axarını dəyişdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf proseslərini uğurla davam etdirərək Azərbaycanı tarixdəki ən güclü çağlarına yetirən cənab Prezident İlham Əliyev xalqımızı böyük Zəfərə – ən böyük hədəfinə çatdırdı. Artıq yaşadığımız bu günlər xəyal deyil, reallıqdır, təqvimdə öz əlamətdar yerini tutmuş qürur günümüzdür. Bu günün işığında Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur, dirçəlir. Soydaşlarımız öz el-obalarına qayıdırlar, doğma yurdlarında yeni həyata başlayırlar.
Yuxarıda qeyd olunan reallıqları ümumiləşdirsək deyə bilərik ki, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və gücünün ifadəsidir” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər