Dağların qucağında yenidən doğulan yurd
Tarix: 24-11-2025 | Saat: 11:30
Bölmə:Siyasət | çapa göndər

Kəlbəcər Azərbaycan tarixinin və təbiətinin unikal qatlarını özündə birləşdirən nadir məkanlardan biridir. Burada aşkar edilən 30 min illik qədim yaşayış izləri, minilliklərə gedib çıxan qaya təsvirləri və qədim türk əlifbasının nümunələri bu torpağın qədim mədəniyyətlərin beşiyi olduğunu sübut edir. “Kəlbəcər” adının belə “çay üstündə qala” kimi qədim türk mənşəli olması bölgənin həm coğrafi, həm də tarixi özünəməxsusluğunu əks etdirir. Bu torpaq Şimali Azərbaycanda türklüyün formalaşdığı ən mühüm mərkəzlərdən biri kimi tarixə düşüb. Atəşpərəstlikdən xristianlığa, daha sonra İslama qədər müxtəlif dövrlərin mədəni abidələri Kəlbəcərin çoxqatlı irsini təşkil edir. Belə zəngin tarixin qorunması isə dövlətçilik üçün təkcə mədəni məsələ deyil, həm də milli yaddaşın davamlılığı deməkdir.
Lakin bu qədim irs uzun illər Ermənistan işğalı altında qaldı və dağıntılara məruz qoyuldu. BMT Təhlükəsizlik Şurasının Qətnamələrinə baxmayaraq, işğalçı qüvvələr Kəlbəcərdən çıxmadı. Əksinə, 1999-cu ildən etibarən burada qeyri-qanuni məskunlaşma aparıldı. Tarixi-mədəni abidələr dağıdıldı, yüzlərlə mədəniyyət və təhsil müəssisəsi talan edildi, ekologiyaya böyük ziyan vuruldu. Lakin Azərbaycan dövləti heç vaxt bu faktlarla barışmadı. Vətən müharibəsi zamanı Kəlbəcər strateji baxımdan mühüm rol oynadı. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, şimal istiqamətində ələ keçirilən yüksəkliklər düşmənin logistikasını tam iflic vəziyyətinə saldı. Bu üstünlüklər müharibənin gedişinə ciddi təsir göstərdi və 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatı Kəlbəcərin tamamilə Azərbaycana qaytarılmasını təmin etdi. İşğalçıların rayonu tərk edərkən törətdikləri yanğınlar, dağıntılar isə erməni vandalizminin növbəti sübutu kimi beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verdi.
Bu gün Kəlbəcər yenidən doğulur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti bölgəni qısa müddətdə müasir infrastrukturla təmin edib. Yüzlərlə ailənin məskunlaşdırılması üçün fərdi evlər, məktəblər, bağçalar və sosial obyektlər inşa olunur. Digər tərəfdən, Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və Murovdağ tuneli kimi nəhəng layihələr regionu ölkənin əsas nəqliyyat sisteminə qoşaraq həm təhlükəsizliyi, həm də iqtisadi aktivliyi təmin edir. “Çıraq-1”, “Soyuqbulaq”, “Aşağı Vəng” kimi su elektrik stansiyalarının yenidən qurulması Kəlbəcəri Azərbaycanın enerji xəritəsində mühüm mövqeyə qaldırır. Birmənalı olaraq deyə bilərik ki, 25 noyabrın Kəlbəcər şəhəri günü kimi təsis edilməsi bu bölgəyə yeni həyatın dönüşünün rəmzidir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər