Ağ Ev: Ukrayna Rusiya Federasiyası ilə danışıqlara hazır deyil
Tarix: 10-01-2025 | Saat: 20:34
Bölmə:Özəl | çapa göndər
Joe Bayden başda olmaqla, istefa verən ABŞ administrasiyası iddia edir ki, nə Ukrayna, nə də Rusiya danışıqlara hazır deyil.Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən deyib: “Hazırda bu və ya digər tərəfin danışıqlara hazır olacağına dair heç bir gözlənti yoxdur”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın 29-da TASS agentliyinə müsahibəsində dediyi kimi, Moskva Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin razılaşmalar elə olmalıdır ki, onlar pozulmasın. Xarici işlər naziri Rusiya prezidenti Vladimir Putinin ilin yekunlarına dair mətbuat konfransında Moskvanın nizamlanma ilə bağlı prinsipial mövqeyini ortaya qoymasına diqqət çəkib.
“Biz həmişə danışıqlara hazır olmuşuq və hazırıq.Öz tərəfimdən xüsusilə vurğulamaq istərdim ki, biz yalnız münaqişənin əsas səbəblərini aradan qaldırmalı və onların pozulmasının qeyri-mümkünlüyü mexanizmini yaratmalı olan etibarlı, hüquqi qüvvəyə malik sazişlərdən danışmaq olar”, - Lavrov qeyd edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025