Mobil versiya
"Hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm" - Samir Şərifovdan açıqlama
Tarix: 10-01-2025 | Saat: 17:06
Bölmə:Gündəm | çapa göndər

"Hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm" -

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

aia.az xəbər verir ki, yeni təyinatı ilə bağlı Manset.az-a açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib:

"Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacam ki, bu etimadı doğruldum. Hələki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah, növbəti həftə bəlli olacaq".

Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025