Mobil versiya
Yunanıstanda halların sayı artır: İlk ölüm xəbəri gəldi
Tarix: 10-01-2025 | Saat: 17:59
Bölmə:Özəl | çapa göndər

Yunanıstanda halların sayı artır: İlk ölüm xəbəri gəldi

Yunanıstanda tənəffüs yolu infeksiyasına yoluxma hallarında ciddi artım olduğu və 1 nəfərin öldüyü bildirilib.
Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) həftəlik hesabatına görə, qrip və digər tənəffüs yolu infeksiyalarında ciddi artım müşahidə olunub.
Hesabatda 30 dekabr 2024-cü il - 5 yanvar 2025-ci il tarixləri arasında ölkədə 7 nəfərin reanimasiyada müalicə olunduğu, 1 nəfərin isə laboratoriya nəticələri ilə təsdiqlənmiş qripdən dünyasını dəyişdiyi açıqlanıb.

Hesabatda reanimasiyada müalicə alan 7 xəstənin yaşının 19 ilə 81 arasında olduğu və bu xəstələrin üç kişi və dörd qadından ibarət olduğu, qrip hadisələrində müsbətlik nisbətinin mövsümi eşik dəyərdən yuxarı olduğu ifadə edildi.

Mütəxəssislər qış aylarında yoluxmaların sayının artması ilə əlaqədar gigiyena tədbirlərinə daha çox diqqət yetirilməli olduğunu bildirərək, yüksək riskli qruplara insanların sıx olduğu mühitlərdən uzaq durmalarını tövsiyə edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025