Mobil versiya
Parlaq gələcək üçün -Fotolar
Tarix: 10-01-2025 | Saat: 19:33
Bölmə:Siyasət | çapa göndər

Parlaq gələcək üçün

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Naxçıvan küçəsində yaşayan seçicilərlə məhəllə görüşü keçiriblər.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxışında ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri barədə məlumat verib.

Bələdiyyə üzvlüyünə namizədlər İlham Səfərov, Kürdoğlu Muradov, Akif Saqiyev, İradə Atayeva və Aytac Əliyeva əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr verdiklərini deyiblər.

Qeyd olunub ki, vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayanır.

Seçicilərdən Samir Əhmədov çıxış edərək seçicilərin bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəyini vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025