İranyönlü qüvvələrin əsas hissəsi Suriyanı tərk edib
Tarix: 07-01-2025 | Saat: 13:28
Bölmə:Özəl | çapa göndər
“The Wall Street Journal” ABŞ, Avropa və ərəb ölkələrinin rəsmilərinə istinadən yazır ki, İranyönlü qüvvələrin əhəmiyyətli hissəsi Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Suriyanı tərk edib. Qəzetin qeyd etdiyi kimi, bu qüvvələrin çıxarılması Tehranın Yaxın Şərqdə təsirini yaymaq strategiyasına zərbə vurdu.2024-cü il dekabrın 8-nə keçən gecə silahlı müxalifət Dəməşqə daxil olub. Rusiya Əsəd və ailəsinə siyasi sığınacaq vermək qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Əsədin müxalifətlə danışıqları nəticəsində o, prezident postunu tərk etmək qərarına gəlib və “hakimiyyətin təhvil-təsliminin sülh yolu ilə həyata keçirilməsi üçün göstərişlər verərək” ölkəni tərk edib.
WSJ qeyd edir ki, İranyönlü qüvvələrin geri çəkilməsi, Suriyanın ABŞ və İsrailə qarşı proksi müharibə aparan İranın daha geniş regional strategiyasının mərkəzi olaraq qaldığı illərlə davam edən səylərin sonu oldu. Qəzet vurğulayır ki, İranın dəstəklədiyi silahlı qruplar Amerika və İsrail qüvvələrinə qarşı döyüşlərdə iştirak edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər