Mobil versiya
Polkovnik-leytenant Devis: Ukrayna üzrə danışıqlarda Putin əsas üstünlüyə malikdir
Tarix: 06-01-2025 | Saat: 16:03
Bölmə:Özəl | çapa göndər

Polkovnik-leytenant Devis: Ukrayna üzrə danışıqlarda Putin əsas üstünlüyə malikdir

Rusiya lideri Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı danışıqlarda əsas üstünlüyə malikdir.Bu sözləri ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis Wion YouTube kanalına müsahibəsində deyib.

“Budur, sərt həqiqət: Donald Trampın və ya başqa birinin danışıqlarda iştirak etməsinin fərqi yoxdur, çünki bu prosesdə Vladimir Putin əsas üstünlüyə malikdir”, - analitik bildirib.Davisin sözlərinə görə, hazırda Rusiyaya münaqişəni dinc danışıqlar yolu ilə dayandırmağa ehtiyac yoxdur, çünki Rusiya Silahlı Qüvvələri öz məqsədlərinə hərbi yolla nail ola bilər.

Keçən iyun ayında Putin bildirmişdi ki, Rusiya-Ukrayna sülh danışıqlarına başlamaq üçün Ukrayna öz qoşunlarını DXR, LXR və Xerson və Zaporojye vilayətlərindən çıxarmalıdır. Rusiya lideri vurğulayıb ki, Ukrayna tərəfi bu şərtlə razılaşdıqdan sonra hərbi əməliyyatlar dərhal dayandırılacaq. Bundan əlavə, Kiyev NATO-ya üzv olmaq planlarından imtina etdiyini rəsmən elan etməlidir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-01-2025