Mobil versiya
Azər Baxşəliyev əməliyyatdan özü imtina edib - RƏSMİ
Tarix: 07-01-2025 | Saat: 11:33
Bölmə:Manşet / Aia TV | çapa göndər

Azər Baxşəliyev əməliyyatdan özü imtina edib -

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) aktyor Azər Baxşəliyevin böyrək köçürülməsi əməliyyatının gecikdirilməsi ilə bağlı iddialara cavab verib.

Mərkəzdən aia.az-a bildirilib ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20 fevral 2024-cü ildə Mərkəzdə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb:

"2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 2024-cü il oktyabrın 16-da xəstəxana sənədləri ODTKM daxil olub. Oktyabrın 31-də Etika Komissiyasına sənədləri göndərilib. Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi bildirilib".

Xatırladaq ki, A.Baxşəliyev yanvarın 5-i poliorqan çatışmazlığı səbəbindən vəfat edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025