Mobil versiya
Gürcüstanın yeni prezidenti ölkənin Avropa İttifaqına daxil olması barədə danışıb
Tarix: 30-12-2024 | Saat: 12:48
Bölmə:Özəl | çapa göndər

Gürcüstanın yeni prezidenti ölkənin Avropa İttifaqına daxil olması barədə danışıb
Gürcüstan Aİ-nin tamhüquqlu üzvü olmağı qarşısına məqsəd qoyub və bu, gürcü xalqının tarixi seçimidir, Mixeil Kavelaşvili Gürcüstan səfirlərinin illik konfransında bildirib. Bu barədə “İnterfaks” xəbər verir.O qeyd edib ki, “bizim digər prioritetimiz də toxunulmazdır - ABŞ-la münasibətləri dərinləşdirmək” və Amerikanın yeni administrasiyası dövründə Gürcüstan və Amerika arasında strateji münasibətlərin bərpa olunacağına ümid etdiyini bildirib.
Mixeil Kavelaşvili həmçinin vurğulayıb ki, Tbilisinin son illərdə Qərbyönlü kursu tez-tez həm ölkə daxilində, həm də xaricdə müxtəlif spekulyasiyalar üçün istifadə olunur.

“Təəssüf ki, bu cür spekulyasiyalar cəmiyyətimizi qütbləşdirməyə xidmət edir, ona görə də bu fərziyyələrə həqiqətlə qarşı çıxmaq bizim borcumuzdur və Gürcüstan Avropaya inteqrasiya yolundan dönməmişdir”, - deyə o bildirib.
Dekabrın 29-da eks-prezident Salome Zurabişvili üç minə yaxın tərəfdarın alqışları ilə Orbeliani sarayını tərk edib. Seçilmiş dövlət başçısı Mixeil Kavelaşvili and içərək, rəsmi olaraq Gürcüstan prezidenti vəzifəsinin icrasına başlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə