Almaniya Suriyaya 60 milyon avro yardım ayırdığını açıqlayıb
Tarix: 30-12-2024 | Saat: 12:17
Bölmə:Özəl | çapa göndər
Almaniya hökuməti Suriyaya 60 milyon avro dəyərində yardım göstərmək üçün bir neçə layihənin təşəbbüskarı olub. Tagesschau xəbər verir ki, bunu iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulze deyib.Onun sözlərinə görə, Suriyada Bəşər Əsədin devrilməsindən sonra vəziyyət “fəlakətlidir”. O, eyni zamanda qeyd edib ki, “müsbət irəliləyişlər üçün yer var” və ölkəni dəstəkləmək üçün mümkün olan hər şeyi etmək lazımdır.
Schulze onu da açıqlayıb ki, planlaşdırılan layihələr Suriyanın yeni hakimiyyət orqanları ilə deyil, yalnız BMT strukturları və qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçiriləcək.
Suriyada siyasi vəziyyət noyabrın sonunda yerli müxalifətin silahlı qruplarının hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçməsi ilə daha da mürəkkəbləşib. Nəticədə onlar bir neçə yaşayış məntəqəsini nəzarətə götürüblər və dekabrın 8-nə keçən gecə ölkənin paytaxtı Dəməşq şəhərini ələ keçiriblər. Bunun fonunda Suriya qoşunlarının komandanlığı respublika prezidenti Bəşər Əsədin hakimiyyəti dövrünün “başa çatdığını” elan edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər