AzQAC-ın İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib -Fotolar
Tarix: 28-12-2024 | Saat: 18:31
Bölmə:Manşet / Ölkə | çapa göndər
28 dekabr 2024-cü ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib.
İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb və iclasın gündəliyini təqdim edib. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov, Azərbaycan QAC-ın 2024-cü il üzrə fəaliyyətinin yekunu ilə bağlı məruzə edib və həmçinin AzQAC-ın 105 illik yubileyinin keçirilməsi məsələsini vurğulayıb. Çıxışında xüsusilə, Cəmiyyətin fəaliyyət istiqamətlərindən, ehtiyaclı vətəndaşlara və fövqəladə hallar zamanı zərərçəkən vətəndaşlara göstərilən müxtəlif növ yardımlar barədə fikirlərini bildirib. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Federasiyası (BQXKF) ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında mövcud tərəfdaşlıq və əməkdaşlıq əlaqələrindən bəhs edib, bu əməkdaşlığın son illərdə daha da genişləndiyini vurğulayıb.
İclasda AzQAC-ın Baş mühasibi Nailə Cəfərova çıxış edərək, maddi yardımların göstərilməsi məsələləri, AzQAC Katibliyinə avtomobil alınması üçün kredit götürülməsi, BQXQACF və digər qurumlar tərəfindən AzQAC-a daxil olan vəsaitlərin aidiyyəti üzrə xərclərin təsdiqi, AzQAC-ın 2025-ci il üzrə ştat cədvəlinin təsdiqi, Milli Cəmiyyətə Dəstək layihəsi üzrə ayrılan xərclərin təsdiqi, Azərbaycan QAC üzrə audit yoxlamasının aparılmasına razılıq verilməsi və maddi yardımların təsdiqi barədə məlumat verib.
Daha sonra AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev normativ sənədlərin təsdiqi və AzQAC Katibliyinin 2024-cü il üzrə fəaliyyətinə dair hazırlanan hesabatla bağlı ətraflı məlumat verib, həmçinin təşkilatın gələcək fəaliyyət istiqamətləri və hədəfləri haqqında iştirakçılara məlumat təqdim edib.
AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyəti dövründə AzQAC-ın fəaliyyətinə verdiyi töhfələri vurğulayıb. Azərbaycan QAC-a dair qanunvericilik aktlarının qəbul olunmasının təşəbbüskarının məhz Prezident İlham Əliyev olduğunu xüsusilə bildirib.
İclasın sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov AzQAC-ın bu ilki fəaliyyətinə müsbət qiymət verərək, gələn ildə uğurlar qazanılacağına ümidvar olduğunu bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024