Mobil versiya
Kürdəmirdə erkən nikahın qarşısı alınıb
Tarix: 28-12-2024 | Saat: 15:55
Bölmə:Karusel / Ölkə | çapa göndər

Kürdəmirdə erkən nikahın qarşısı alınıb

Kürdəmir rayonunun Sığırlı kəndində planlaşdırılan uşaq evliliyinin qarşısı alınıb.

aia.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.

O qeyd edib ki, hadisə ilə bağlı müvaffiq araşdırma aparılır.

Komitə rəsmisinin sözlərinə görə, hadisəni işıqlandırmaq üçün kəndə yollanan media nümayəndəsinin çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini müəyyən edilərək saxlanılıb:

"Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024