13 yaşlı Məhəmmədəli dəfn edildi - YENİLƏNİB
Tarix: 28-12-2024 | Saat: 13:53
Bölmə:Karusel / Ölkə | çapa göndər
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan "Gənclik" futbol klubunun üzvü Məhəmmədəli Yeqanov dəfn olunub.
aia.az xəbər verir ki, mərhum Suraxanıdakı tatar qəbiristanlığında torpağa tapşırılıb.
*** 11:55
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan "Gənclik" futbol klubunun üzvü Məhəmmədəli Eqanovla vida mərasimi keçirilib.
aia.az xəbər verir ki, mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024