Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Plenumu keçirilib -Fotolar
Tarix: 28-12-2024 | Saat: 13:46
Bölmə:Gündəm / Özəl | çapa göndər
27 dekabr 2024 cü il tarixində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (MN BHİK) V Plenumu keçirilmişdir. Plenumda qonaq qismində DİİXİ Hİ Respublika Komitəsinin təşkilat işi və hüquq şöbəsinin baş məsləhətçisi Rəhilə Babayeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsində əmək siyasətinin təkmilləşdirilməsi sektorunun müdiri Əminə Vahabova, MN N saylı hərbi hissənin ictimaiyyətlə əlaqələr üzrə şöbə rəisinin baş köməkçisi mayor Elmar Abbasov da iştirak etmişlər.
aia.az xəbər verir ki, İlk öncə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi, eləcə də 25 dekabr 2024-cü il tarixində baş vermiş təyyarə gəzasında həlak olan vətəndaşların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Bundan sonra Dövlət himni səsləndirilmişdir və Plenum öz işinə başlamışdır.
Plenumda hesabat dövrü üçün MN BHİK-in sədri Kərim Rzayevin məruzəsi dinlənilmiş və 2024 cü ildə görülən işlər müsbət qəbul edilmişdir. Təşkilati məsələlərə baxılmış plenum üzvülüyünə 8, rəyasət heyətinə 4 yeni üzv qəbul edilmişdir .
2025-ci il üçün maliyyə xərcləmələri, ümumi gəlir və xərclər smetası yekdilliklə qəbul olunmuşdur. Plenumun gündəliyinə uyğun əməyin mühafizəsi, təhlükəsizlik tədbirlərinin və il ərzində verilmiş yollayışlar barədə məruzə edilmişdir, təşkilat sədrləri ilə fikir mübadiləsi aparılmışdır.
Sonda MN BHİK-in sədri Kərim Rzayev çıxış edərək yola salmaqda olduğumuz 2024-cü ilin ölkəmiz və xalqımız üçün uğurlu olduğunu, cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dünya miqyasında mühüm nailiyyətlərə imza atdığını diqqətə çatdırmışdır. Komitə sədri plenum iştirakçılarını və dəvət olunan qonaqları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il bayramı münasibətilə təbrik edərək, hər kəsə işlərində müvəffəqiyyətlər arzulamışdır!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024