Mobil versiya
Kazan aeroportu fəaliyyətini bərpa edib - YENİLƏNİB
Tarix: 28-12-2024 | Saat: 12:07
Bölmə:Karusel / Dünya | çapa göndər

Kazan aeroportu fəaliyyətini bərpa edib -

Kazan hava limanı təyyarələrin qəbulu və yola salınmasını bərpa edib.

aia.az xəbər verir ki, Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

"Kazan hava limanında Moskva vaxtı ilə saat 10:05-dən təyyarələrin qəbulu və yola salınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb", - məlumatda qeyd olunub.

Müvəqqəti məhdudiyyətlər mülki təyyarələrin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilmişdi.

***

09:35

Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salmır.

aia.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Qeyd olunub ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib, digər təfərrüatlar açıqlanmayıb.

Bir qayda olaraq, belə tədbirlər pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi səbəbindən tətbiq edilir. Yerli hakimiyyət orqanları hələ ki, vəziyyətlə bağlı heç bir şərh verməyib. Oxşar məhdudiyyətlər dekabrın 27-də də tətbiq edilmişdi.

Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 21-də Kazanda altı PUA vurulub. Bələdiyyə şəhərin üç rayonunda yanğınların baş verdiyini bildirib. Bir neçə nəfər xəsarət alıb, cinayət işi açılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024