Mobil versiya
Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq
Tarix: 26-12-2024 | Saat: 18:20
Bölmə:Özəl | çapa göndər

Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq

24 dekabrın 2024-cü il tarixində idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq. Çünki bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Ümid edirəm ki, bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır.
Bu gün Azərbaycan dünyanın istər siyasi, istərsə də iqtisadi sistemində özünəməxsus yeri ilə seçilir, ölkəmizlə hesablaşır, hörmət və ehtiramla yanaşılır. Azərbaycan bu nailiyyəti güclü liderin – Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edib. Başqa fəaliyyət sahələrində olduğu kimi, Azərbaycan idmanda da böyük uğurlar qazanıb və sürətli inkişaf dövrünü yaşayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir və bu sahə dövlət siyasətinin prioritetləri sırasında mühüm yerlərdən birini tutur. Bu proses 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən başlamışdır.
O vaxt idmanımızın strateji inkişafını təmin edən yeni konsepsiya müəyyənləşdirildi. Azərbaycanı dünya miqyasında idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan İlham Əliyev, bütün ölkə üzrə müasir idman infrastrukturunun yaradılması istiqamətində nəhəng quruculuq layihələrinin dəqiq planını müəyyənləşdirdi. Hazırda demək olar ki, bölgəmizdə heç bir yer yoxdur ki, orada müasir idman qurğuları olmasın.
Ölkə başçısı şəxsən idman sahəsinə diqqət yetirir və bu sahənin inkişafı üçün mövcud imkanlar yaradır. Nəticədə bu gün Azərbaycan idmanı dünyada tanınır, idmançılarımızın uğurları günü-gündən artır. Ölkə başçısının bu sahəyə diqqət və qayğısını idman ictimaiyyətinin nümayəndələri daim hiss edirlər. Cənab Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, həmçinin idman sahəsinə həssas yanaşması, idmanın inkişafında yeni uğurlara gətirib çıxaracaq.

Şamo Qasımov,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024