Mobil versiya
Kadırov təyyarə qəzası ilə bağlı tapşırıq verdi
Tarix: 26-12-2024 | Saat: 16:27
Bölmə:Dünya | çapa göndər

Kadırov təyyarə qəzası ilə bağlı tapşırıq verdi

Çeçenistan hakimiyyəti Qazaxıstanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölən və yaralanan respublika sakinlərinin ailələrinə maddi və digər yardımlar göndərəcək.

aia.az xəbər verir ki, bu barədə jurnalistlərə respublika hökumətinin sədr müavini Xasən Həkimov açıqlayıb.

"Ramzan Axmatoviç Kadırovun tapşırığına əsasən, təyyarə qəzasında həlak olanların və yaralananların bütün ailələrinə maddi yardım və ehtiyacları olan bütün digər yardımlar göstəriləcək", - deyə o bildirib.

Həkimov deyib ki, yaxın vaxtlarda Çeçenistandan olan yaralı sərnişinlərin yerləşdiyi tibb müəssisələrinin siyahıları tərtib olunacaq və onlara lazımi köməklik göstəriləcək. Ölən çeçen sakinlərinin cəsədlərinin respublikaya daşınması imkanları da müzakirə olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024