Medvedev miqrasiya sahəsindəki məsələlərlə bağlı göstəriş verib
Tarix: 26-12-2024 | Saat: 16:46
Bölmə:Özəl | çapa göndər
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkədə miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı iclas keçirib. Bu barədə o, VKontakte səhifəsində məlumat verib.Qurum rəsmisi miqrant uşaqların məktəblərə qəbul olunmazdan əvvəl rus dilini bilməsi üçün məcburi sınaqdan keçirilməsi ilə bağlı qanunun icrası ilə bağlı bütün məsələlərin ətraflı öyrənilməsini tapşırıb. Müvafiq qanun 2025-ci il aprelin 1-dən qüvvəyə minir.
Təhlükəsizlik Şurası sədrinin müavini dəqiqləşdirib ki, hazırda Rusiyada 200 mindən çox miqrant uşaq təhsil müəssisələrində təhsil alır.
Medvedev həmçinin bildirib ki, əməkçi miqrantların ailə üzvlərinin Rusiyada uzun müddət qalması ölkənin sosial sferasına ağır yük yaradır, “bəzi hallarda bu, millətlərarası münasibətlərdə gərginliyə səbəb olur”.
Onun sözlərinə görə, bu xüsusilə əcnəbilərin heç bir yerdə işləmədiyi, təhsil almadığı və Rusiya Federasiyasının qanunlarına riayət etmək istəmədiyi hallarda doğrudur.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024