Mobil versiya
“Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi” - BTİ-nin Baş katibi
Tarix: 16-11-2024 | Saat: 14:44
Bölmə:Gündəm | çapa göndər

“Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi” -

“COP29 Sədrliyi və ev sahibi ölkəsi Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi”.

aia.az xəbər verir ki, bu sözləri Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Doreen Bogdan-Martin COP29 çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilmiş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada deyib.

O həmçinin əlavə edib: “Yaşıl Rəqəmsal Fəaliyyət üçün bu önəmli məqam bizi rəqəmsal texnologiyaların ətraf mühitə təsirini azalda biləcəyimizə və azaltmalı olduğumuza, iqlim böhranı ilə mübarizədə onların danılmaz potensialından istifadə edəcəyimizə dair ümumi inancla irəli aparmalıdır. Gəlin COP30-a qədər olan yaşıl rəqəmsal gücümüzü və onunla birlikdə gələcək nəsillər üçün daha davamlı rəqəmsal gələcəyimizi qurmağa davam edək”.

Qeyd edək ki, Rəqəmsallaşma Günü COP çərçivəsində tarixdə ilk dəfə olaraq 16 noyabrda keçirilib. Rəqəmsallaşma Günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa təşkil olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024