"Çalışacağıq ki, yekun sənəddə mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq"
Tarix: 16-11-2024 | Saat: 14:43
Bölmə:Gündəm | çapa göndər
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İqlim üçün mədəniyyət” adlı panel keçirilib.
aia.az xəbər verir ki, tədbirin moderatoru, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət Nazirliyinin baş tədqiqatçısı Mahnaz Anvar Fancy iqlim dəyişikliyinin mədəni abidələrə də ciddi zərər vurduğunu deyib. Bildirib ki, mədəniyyəti iqlim fəaliyyətinə daxil etmək üçün Azərbaycan tərəfindən “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs mədəniyyətin iqlim müzakirələrinin mərkəzində olması baxımından əhəmiyyət daşıyır, eyni zamanda, qlobal səviyyədə mədəniyyətin davamlı gələcək üçün güclü vasitə olduğunu göstərməyi hədəfləyir.
UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniyanın şahzadəsi Dana Firas çıxış edərək, iqlim dəyişikliyinin mədəniyyətə vurduğu zərərdən danışıb, ölkəmizin irəli sürdüyü C4C təşəbbüsünün əhəmiyyətini vurğulayıb.
UNESCO-nun mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois isə bildirib ki, əsas məsələ iqlim dəyişikliyinin mədəniyyətə təsirini diqqətdə saxlamaq və bu istiqamətdə fəaliyyət götərməkdir.
Afina Milli və Kapodistrian Universitetinin ətraf mühit və iqlim fizikası üzrə professoru Constantinos Cartalis mədəni təbliği təşviq etmək üçün müxtəlif elmi sahələri bir araya gətirməyin vacib olduğunu deyib.
Asiya İnkişaf Bankı İnstitutunun baş iqtisadçısı Akbar Riznaldi maliyyə imkanına çıxışdan söhbət açıb.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev isə çıxışında bildirib ki, COP29 çərçivəsində bir çox sahələrə həsr olunmuş tədbirlər keçirilir: "Çox şadam ki, bu gün təşkil olunan tədbir məhz mədəniyyətə həsr edilib. Mən də öz növbəmdə iqlim fəaliyyətinə töhfə verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Biz də çalışacağıq ki, COP29-un yekun sənədində mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq".
Panel mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, milli, beynəlxalq səviyyədə inklüzivliyin və davamlılığın artırılması, insanlar arasında təşviqatın aparılması, özəl-dövlət sektorları arasında tərəfdaşlıq mövzusunda müzakirələrlə davam edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024