Mobil versiya
BMT rəsmisi: İqlim dəyişikliyi ilə əlaqədar baş verən hər bir hadisə ciddi təhlil edilməlidir
Tarix: 16-11-2024 | Saat: 14:09
Bölmə:Gündəm | çapa göndər

BMT rəsmisi:

Erkən xəbərdarlıq sistemləri iqlimin ətraf mühitə təsirini proqnozlaşdırmaqla bərabər, itkiləri azaltmaq üçün qabaqlayıcı tədbirlərin görülməsinə də xidmət etməlidir.

aia.az xəbər verir ki, bunu BMT Baş katibinin qurumun Fəlakət Riskinin Azaldılması İdarəsindəki xüsusi nümayəndəsi Kamal Kişor COP29 çərçivəsində keçirilən “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Çoxtəhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” mövzusunda tədbirdə deyib.

O qeyd edib ki, bütün ölkələrin müxtəlif səviyyələrdə fəlakət riskinin idarə edilməsi üçün imkanları var:

"Bu məsələdə uğurlu nəticə üçün üçün bütün səylərimizi səfərbər etməli, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə sərmayə qoymağa davam etməliyik.
Hələ də çox ölkə var ki, orada erkən xəbərdarlıq sistemlərinə sərmayələri yönləndirmək lazımdır. Bu birdəfəlik həll edilə biləcək məsələ deyil, davamlı olmalı, təkmilləşdirilməlidir.

İqlim dəyişikliyi ilə əlaqədar baş verən hər bir hadisəni ciddi təhlil etməkdən çəkinməməliyik və erkən xəbərdarlıq sistemlərinin necə xidmət etdiyini, onların necə təkmilləşdirilə biləcəyini öyrənməliyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə