Mobil versiya
Azərbaycanda tələbə VƏFAT ETDİ - YENİLƏNİB
Tarix: 15-11-2024 | Saat: 17:05
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda tələbə

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin III kurs tələbəsi Hüseynova Nərmin Kamal qızı dəm qazından vəfat edib.

aia.az -ın məlumatına görə, o, yaşadığı mənzildə faciəvi hadisənin qurbanı olub./modern.az

***

15:55

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin III kurs 422A-2a qrup tələbəsi Hüseynova Nərmin Kamal qızı vəfat edib.

aia.az xəbvər verir ki, bu barədə ATU-nun Mətbuat xidmətindən bildirilib.

Hüseynova Nərmin 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 N-li məktəb-liseyi fərqlənmə ilə bitirib, 2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.

ATU rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından mərhumun ailəsinə başsağlığı verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə