Mobil versiya
Bakı Sağlamlıq Mərkəzində müalicə alan Şəhid anasının doğum günü qeyd olunub -Fotolar
Tarix: 16-11-2024 | Saat: 15:42
Bölmə:Gündəm / Özəl | çapa göndər

Bakı Sağlamlıq Mərkəzində müalicə alan Şəhid anasının doğum günü qeyd olunub

aia.az xəbər verir ki, bugün Bakı Sağlamlıq Mərkəzinin terapiya şöbəsində müalicə alan Xanım Ağayevanın doğum günü idi. Məlumat üçün qeyd edək ki, Xanım Ağayeva Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanımız Vüqar Ağayevin anasıdır.

Mərkəzimiz şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərməyi və onları daima diqqətdə saxlamağı unutmur.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənovun rəhbərliyi ilə Xanım Ağayevanın doğum gününü qeyd etdik. 77 yaşı tamam olan Xanım anamızı təbrik edərək ona cansağlığı diləyib və Vüqar Ağayev kimi Vətənə layiqli övlad bəxş etdiyi üçün təşəkkür etdik.
Xanım Ağayevanın doğum günü münasibətilə tort kəsilib və Bakı Sağlamlıq Mərkəzi adından hədiyyələr təqdim olunaraq, xatirə şəkli çəkdirilib.
Xanım anamıza yeni yaşında möhkəm can sağlığı arzu edirik!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə