Mobil versiya
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşləri başladı
Tarix: 08-11-2024 | Saat: 10:39
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşləri başladı

Paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə noyabrın 8-də hərbçilərin yürüşləri başlayıb.

aia.az xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra isə hərbçilərin dörd marşrut üzrə yürüşlərinə start verilib.

Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.

Yürüşlər Heydər Əliyev sarayı, Nizami Kino Mərkəzi, Neftçilər Prospekti, Azadlıq meydanı, “AMAY” Ticarət Mərkəzi, Şəhidlər Xiyabanı, “Alov Qüllələri” kompleksi, “İçərişəhər” metrosu, Qala Qapısı, Kukla teatrı, “Azneft” dairəsi, Bəhram Gür heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev sarayı, Nəsimi heykəli, Neftçilər prospekti, Nərimanov heykəli, Mərkəzi Park, Milli Dram Teatrı, Qış Parkı, Heydər Əliyev sarayı, Mərkəzi Bank, “28 Mall” Ticarət Mərkəzi istiqamətləri üzrə təşkil olunur.

Qeyd edək ki, həmçinin Gəncədə də müəyyənləşdirilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə