Mobil versiya
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzində tədbir keçirilib -Fotolar
Tarix: 08-11-2024 | Saat: 10:26
Bölmə:Gündəm | çapa göndər

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzində tədbir keçirilib

Tədbirin qonaqları arasında şəhid ailələrinin üzvləri, Vətən müharibəsi dövründə Mərkəzimizdə müayinə, müalicə, əməliyyat və reabilitasiyaları icra olunan qazilərimiz yer alıb. Tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Bakı Sağlamlıq Mərkəzinin şəhid və qazi ailə üzvü olan, həmçinin müharibə veteranı əməkdaşlarının da iştirak etdiyi bu tədbir Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənovun açılış nitqi ilə davam edib. Asiman Həsənov Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə müharibə iştirakçılarını təbrik etmişdir. Tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətlərdən bəhs etmişdir. Diqqətə çatdırdı ki, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi hər zaman diqqət və ehtiramla yad edilir. Bildirdi ki, Zəfər günlərimiz gələcək nəsillər tərəfindən də fəxarətlə xatırlanacaq.

Tədbirdə iştirak edən Nərimanov rayon deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, şəhidimiz Rövşən Nurzadənin atası Əli Nur 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün fədakarlıqlarından söz açıb, Zəfər Gününün tarixindən, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni dövrün başladığından, əmin-amanlığın yaranması üçün görülən tədbirlərdən və s. danışıblar. İgid qazilərimizə hədiyyələr təqdim olunduqdan sonra xatirə şəkli çəkdirilib. Mərkəzimizin 8 Noyabr - Zəfər Günü ilə bağlı hazırladığı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəni və həkimlərimizin təbrikləri əks etdirən videoçarx nümayiş olunub.

Tədbir Zəfər Gününə həsr olunmuş ədəbi-musiqili proqramla tamamlanıb.
Qeyd edək ki, tədbirdən sonra müharibə iştirakçıları Mərkəzimizdə hərtərəfli tibbi müayinədən keçib sonra isə təşkil olunmuş nahar süfrəsi ətrafında həm söhbət olub, müharibə dövründəki xatirələrindən söz açıblar.
Bakı Sağlamlıq Mərkəzi rəhbərliyi və kollektivi tərəfindən II Şəhidlər Xiyabanında şəhidlərin məzarı ziyarət edilib. Ziyarət zamanı şəhid olan qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edən heyətimiz onların məzarlarının önünə gül çələngi qoyaraq gül dəstələri düzüblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024