Abşeron rayonunda tədbir keçirilib -Fotolar
Tarix: 07-11-2024 | Saat: 18:50
Bölmə:Ölkə | çapa göndər
2020-ci il 27 sentyabr tarixində başlanan haqq savaşı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və ordumuzun döyüş əzmi, şəhidlərimizin qəhrəmanlığı ilə xalqımız düşmən üzərində şanlı qələbəsi ilə yekunlaşdı. Vətən Müharibəsində sinəsini qabağa verən, torpaqlarımızı düşməndən geri alan Vətən oğulları göstərdikləri qəhrəmanlıqları ilə bizi bütün dünyada qalib dövlət kimi tanıtdırdılar.
Respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhidlərimizin xatirələri daima əziz tutulur, onlar həm doğum günlərində, həm də ildönümlərində yad edilir. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan abşeronlu igidlər bu günlərdə ildönümlərində yad edilib. Şəhidlərimiz Hüseyn Nəcəfzadə, Əli Ələkbərov, İlqar Vəliyev, Seymur Bədəlov və Nicat Qarazadə doğum günlərində, Nurlan Mustafayev, Vüsal Musayev, Daşdəmir Paşayev, Malik Əliyev, Röyal Ələkbərov, Əli Ələkbərov, Elvin Əlimərdanov, Ramid Hacıyev, Elşən Müslümov, Rəhim Hüseynov, Səxavət Abbasov, Rəşad Mehdiyev, Rüstəm Turabov, Anar İsgəndərov, Ruhin Xəlilov, Fuad Haşımov, Mənsur Əhmədov, Afiq Qulamlı, Elsevər Paşayev, İlkin Xosrovzadə, Fərid Məmmədov, Gülverdi Qasımov, Fərid İlyasov, Azər Salmanov, Rauf İbadov, Ziyəddin Rəşidov, Qadir Heydərov, Teymur Quliyev, Bəhmən Verdiyev, Zaur Ələsgərli, İlkin Məmmədov, Tural Məmmədov, Babək Allahverdiyev, Fəzail Əliyev və Əli Əliyev anım günlərində yad edilib, qəbirüstü abidələri ziyarət olunub, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşülərək onların qayğıları və problemləri ilə maraqlanılıb. Həmçinin Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin həyatından bəhs edən filmin təqdimatı keçirilib.
Ziyarət və görüşlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyətinin məsul əməkdaşları, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Keçirilən görüşlərdə bildirilib ki, cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində soydaşlarımız işğaldan azad olunmuş ərazilərdə tam təhlükəsizlik şəraitində öz həyatlarını yaşamağa davam edirlər. Beynəlxalq aləmdə baş verən münaqişələri diqqətə çatdıran RİH başçısı ölkəmizdə sabitliyin hökm sürdüyünü, Azərbaycanın regionun lider ölkəsinə çevrildiyini, hərbi gücümüzün günü-gündən artdığını və bundan sonra da baş verə biləcək təxribatların yerindəcə cavablandırmağa hazır olan orduya malik olduğumuzu qeyd edib.
Şəhid ailələri dövlətin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayaraq bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024