Ulu Öndər Heydər Əliyevin 2 noyabr 1993-cü il xalqa müraciəti
Tarix: 02-11-2024 | Saat: 13:01
Bölmə:Özəl | çapa göndər
31 il öncə Ulu Öndər Heydər Əliyevin çağırışı ilə Azərbaycan Ordusunun müzəffər yürüşünə başlanılıb
Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin dördgünlük Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnüt əməliyyatında, 2020-ci ilin iyununda Tovuz döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində hərb tariximizə şərəfli səhifələr yazdı. Ötən il sentyabrın 19-20-də ordumuzun bölmələri Qarabağda kök salmış terrorçu-separatçı qüvvələrə qarşı keçirdikləri lokal antiterror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir ziyan vermədən Azərbaycanın həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdilər. Ordumuz bütün bu uğurları, yəni əldə etdiyi zəfərləri ilə XXI əsr dünya hərb tarixini heyrətə gətirməyi də bacardı.
Şübhəsiz, bütün bu uğurlarda Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Çünki 31 il öncə Ulu Öndər Heydər Əliyevin çağırışı ilə Azərbaycan Ordusunun müzəffər yürüşünün bünövrəsi qoyulub. Belə ki, məhz xalqın böyük dəstəyi və iradəsi ilə Ümummilli Liderin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra, yəni 2 noyabr 1993-cü ildə Onun televiziya və radio ilə xalqa müraciətindən sonra xalqımız sözün həqiqi mənasında bir nəfər kimi ölkəmizin müdafiəsinə qalxıb. Ulu Öndər bu tarixi çıxışında diqqətə çatdırmışdı ki, Ermənistanın təcavüzü nəticəsində ərazilərimiz işğal edilib, soydaşlarımız həlak olub, yaralanmış, on minlərlə vətəndaşımız yerlərindən didərgin düşərək qaçqına çevriliblər: “Bunun bir hissəsi Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibində ikən olmuşdur. Ancaq iki ildən artıqdır ki, Azərbaycan Respublikası müstəqil bir dövlətdir. Bu iki il müddətində müstəqil dövlətimiz öz müdafiə qüvvələrini, öz ordusunu yaratmalı idi. Bundan ötrü Azərbaycan Respublikasının bütün imkanları vardı. Ordunu bir gündə, beş gündə, bir ayda, üç ayda yaratmaq mümkün deyil. Ancaq iki il, üç il müddətində ordu yaratmaq, Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək və ərazi bütövlüyünü də təmin etmək mümkün idi. Lakin bu fürsətlər əldən verilib və Azərbaycanın müdafiə imkanları get-gedə möhkəmlənmək əvəzinə zəifləmişdir. Ayrı-ayrı dəstələr, qruplar, yaxud batalyonlar tərəfindən aparılan ayrı-ayrı döyüşlərin hamısı pərakəndə şəkildə olmuş, müxtəlif qüvvələrə, məqsədlərə xidmət etmiş, böyük bir hərbi strategiya, müdafiə strategiyası əsasında, hərbi nizam-intizam əsasında görülən tədbirlər olmamışdır”.
Bununla da ölkəmizin ağır durumda olduğunu bildirən Ulu Öndər, həmçinin vurğulamışdı ki, Azərbaycanın gələcək taleyi, onun mövcudluğu xalqın öz əlindədir. Düşmən tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını da azərbaycanlılardan başqa kimsə azad etməyəcəkdir: “İndi bizim ordumuz yaranmalı və qurulmalıdır. Bir də qeyd edirəm, ordumuz ancaq Azərbaycanı müdafiə etmək məqsədi daşıyır. İşğalçılıq məqsədi daşımır. Bizim işimiz haqq işidir, gərək hər bir vətəndaş bunu özünün şərəfli borcu kimi qəbul etsin. Kim özü orduda qulluq edə bilirsə, qoy könüllü surətdə getsin. Kim özü qulluq edə bilmirsə, yanındakıları başa salsın ki, gedib orduda xidmət etmək lazımdır. Yaxud əgər özü orduda qulluq edə bilmirsə, fikirləşsin ki, orduya necə kömək etmək lazımdır. İndi bunların hamısı ən zəruri vəzifələrdir. Bütün xalqa, Azərbaycan vətəndaşlarına müraciət edirəm ki, bu tədbirlərin həyata keçirilməsində fəal iştirak etsinlər”.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-11-2024
01-11-2024