Mobil versiya
Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandı -Foto
Tarix: 25-09-2024 | Saat: 13:31
Bölmə:Ölkə | çapa göndər

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandı

Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı növbəti dəfə hüquqazidd əməllərin qarşısı alınıb.

aia.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzində Bakı şəhər sakini Anar Babayevə məxsus “Land Rover” markalı avtomobilə texniki baxış keçirilərkən ilk tibbi yardım qutusunda olan dərman vasitələrinin arasında xüsusi qablaşdırılmış narkotik maddə aşkarlanıb.

Faktla bağlı ərazi polis orqanı məlumatlandırılıb və zəruri prosesual hərəkətlər aparılmaqla sürücü A.Babayev avtomobillə birlikdə aidiyyatı üzrə təhvil verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024