Mobil versiya
Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
Tarix: 24-09-2024 | Saat: 18:00
Bölmə:Gündəm | çapa göndər

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Ramiz Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən azad olunub.

aia.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı əsasən, Ramiz Gülməmməd oğlu Məmmədov Naxçıvan MR sədrinin köməkçisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi Məmmədov Ramiz Gülməmməd oğlunun 1 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 36 saylı Badamlı seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024