Bütün ərazilərimizdə ilk dəfə prezident və parlament seçkilərinin keçirilməsi qürurverici hadisə idi – Deputat
Tarix: 25-09-2024 | Saat: 14:25
Bölmə:Siyasət | çapa göndər
2024-cü ildə Azərbaycanın bütün ərazisində ilk dəfə olaraq prezident və parlament seçkilərinin keçirilməsi Azərbaycan üçün tarixi məqam olmaqla yanaşı beynəlxalq miqyasda ölkəmizin gücünü bir daha nümayiş etdirdi və Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırmış oldu.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, bu seçkilərin bütün ölkə ərazisində keçirilməsi ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərin mühüm nəticələrindən biri idi. “İlk dəfə olaraq Şuşada, Xankəndidə, Füzulidə və işğaldan azad edilmiş digər ərazilərimizdə seçki məntəqləri quruldu və insanlarımız öz doğma yurdlarında səs verdilər. Bu çox qürurverici bir hadisə idi”, - deyə deputat bildirib.
O qeyd edib ki, İkinci Qarabağ müharibəsində tarixi zəfər və antiterror əməliyyatları ölkəmiz üçün regionda tamamilə yeni reallıqlar yaratdı və ölkəmizin qarşısında yeni imkanlar açdı.
“Azərbaycan işğaldan azad olunmuş ərazilərdə qarşısına qoyduğu planları uğurla icra edir, bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Məlumdur ki, artıq Böyük Qayıdış proqramına start verilib, xeyli sayda keçmiş məcburi köçkünlərimiz öz doğma torpaqlarına qaytarılıblar və bundan sonra da qayıtmağa davam edəcəklər. 2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır.
Hazırda işğaldan azad edilən ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, orada ən müasir infrastrukturun qurulması, eyni zamanda mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir”, - deyə deputat əlavə edib.
A.Həsənova vurğulayıb ki, Azərbaycan bütün bu işləri öz gücü hesabına həyata keçiriri ki, bu da ölkəmizin qüdrətini bir daha nümayiş etdirir. “Azərbaycan bütün bu nailiyyətlərə Prezident İlham Əliyevin apardığı qətiyyətli, düşünülmüş siyasət nəticəsində nail olub. Uzun illər işğal altında qalan torpaqlarımız yenidən dirçəlir”, - deyə deputat əlavə edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65