VII çağırış Milli Məclisin açılış iclasında ölkə başçısının çıxışı: Zəfər tariximizin böyük uğuru və gələcək perspektivlər
Tarix: 25-09-2024 | Saat: 14:25
Bölmə:Siyasət | çapa göndər
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunduqdan sonra dövlətimizin tarixində bir çox böyük əhəmiyyət daşıyan hadisələr baş vermişdir. Şübhəsiz ki, bunların arasında ən diqqətə layiqi cari ilin fevral ayında azad edilmiş doğma torpaqlarımız da daxil olmaqla, bütöv Azərbaycan ərazisində keçirilmiş Prezident seçkiləri və bu ilin sentyabr ayında baş tutan növbədənkənar Milli Məclis seçkiləridir. Bu tarixlərdə keçmiş məcburi köçkünlərimiz böyük qürur hissi ilə 30 illik həsrətlərinə son qoyaraq, azad olunmuş doğma yurdlarında öz səs vermə hüququndan yararlanmışdırlar.
Cari ilin 23 sentyabrı Azərbaycan Respublikasının dövlətçilik tarixində növbəti mühüm hadisə - VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası ilə yadda qalmışdır. Bu mühüm iclas çərçivəsində Dövlət Başçımız İlham Əliyev çıxış edərək xalqımızın Zəfər tarixindən, doğma torpaqlarımızda gedən genişmıqyaslı bərpa və quruculuq işlərindən, dövlətimizin iqtisadi , siyasi, ideoloji, mədəni sahələrdəki uğurlarından, beynəlxalq aləmdə getdikcə artan nüfuzundan hərtərəfli bəhs etmişdir.
Cənab Prezident çıxışına Qarabağ müharibəsindəki Şanlı Zəfərimiz və 2023 – cü ilin sentyabrında keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz və suverenliyimizi tam bərpa olunmasının dünya miqyasında tarixi hadisə olduğunu xatırladaraq başlamışdır. Dövlət Başçımız İlham Əliyevin vurğuladığı kimi 30 illik işğala son qoyulmasında Azərbaycan dövlətinin, Silahlı Qüvvələrimizin hərbi qulluqçularının gücü qədər, Azərbaycan xalqının güclü iradəsi, birliyi, əzmi də mühüm rol oynamışdır. Xalqımız Vətən Müharibəsi müddətində Ali Baş Komandanımıza, Silahlı Qüvəllərimizin qəhrəman hərbiçilərinə bir an belə olsa inamını itirməmiş, bütün qəlbi ilə Şanlı Zəfər çalacağına inanmışdır. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkəmiz qarşısında yeni üfüqlər açmış, Vətən müharibəsinin başa çatması ilə regionda yeni iqtisadi imkanlar yaranmışdır. Azad edilən torpaqlarda genişmiqyaslı yenidənqurma və bərpa işlərinin başlanması ilə , Qarabağ bölgəsi Azərbaycanın ümumi iqtisadi inkişafında önəmli rol oynamışdır.
Vətən müharibəsindəki Zəfərimiz və antiterror əməliyyatının nəticələri ölkənin daxilində olduğu kimi, beynəlxalq çərçivədə də dövlətimizə müsbətyönümlü təsir etdi. Belə ki, bir çox dünya xalqları əzmkar Azərbaycan xalqının gücünü bir daha gördü, biz özümüzü bütün dünyaya qəbul etdirə bildik.
Bizim qələbəmizə sevinən dövlətlər qədər, Şanlı Zəfərimizdən narahatlıq duyan bəzi xarici qüvvələr də var. Prezident İlham Əliyev çıxışında demişdir : “ Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir – biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər”.
Cənab Prezident, Qarabağ münaqişəsinin tam və birdəfəlik həllinin təmin olunması ilə, artıq Minsk qrupunun fəaliyyətinin əhəmiyyətini itirdiyini vurğulamış, onun formal olaraq mövcudluğunu davam etdirməsinin isə yenidən bizə qarşı ərazi iddiaları qaldırmaq məqsədi daşıdığını söyləmişdir. Qələbəmizi qəbul etmək istəməyən bəzi xarici qüvvələr ölkəmizə qarşı təxribatçı hərəkətlərə əl atır. Onlar qarayaxma, iftira və böhtan kampaniyalarını gücləndirməklə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu zəiflətmək və hadisələrin inkişafını öz mənafelərinə uyğun şəkildə dəyişmək istəyirlər. Lakin uzaqgörən dövlət başçımızın zamanında atdığı doğru addımlar və düzgün qurulmuş xarici siyasəti nəticəsində Azərbaycan bu kimi çirkin planlara qarşı hər zaman güclü şəkildə müqavimət göstərir. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə hərbi gücümüzün əhəmiyyətli dərəcədə artırılması, Yeni Xüsusi Təyinatlı Qüvvələrin say tərkibini bir neçə dəfə yüksəldilməsi, Komando qüvvələri yaradaraq onların da say tərkiblərinin çoxaldılması ermənipərəst qüvvələrin hərbi şantaj və təzyiqlərlə Azərbaycanın nailiyyətlərinə kölgə düşürmək cəhdinin qarşısını hərtərəfli alır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dövlətimizin qarşısında duran mühüm vəzifələrdən də bəhs etmiş, Qarabağ müharibəsi və antiterror əməliyyatının arxada qalmasına baxmayaraq, müasir dünyada gedən proseslərin, yeni münaqişə, müharibə ocaqlarının yaranmasının, regionda gərginliyin artmasının, eyni zamanda Ermənistanda revanşizm meyilli qüvvələrin fəallaşmasının bizi hərbi sahəyə xüsusi diqqət yetirməyə vadar etdiyini vurğulamışdır. Cənab Prezident digər tərəfdən Qarabağı və Şərqi Zəngəzuru bərpa etməyin, burada həyatı yenidən canlandırmağın, yerli insanların təhlükəsiz şəraitdə yaşamasını təmin etməyin də ölkəmizin qarşısında duran prioritet məsələlərdən biri olduğunu qeyd etmişdir. Ölkə Prezidenti eyni zamanda vaxtı ilə Ermənistanın işğalı altında olan, şərti uzunluğu 500 kilometrdən yuxarı sərhədlərimizdə mühəndis işlərinin aparılmasından, paralel olaraq digər qonşularla da olan sərhədlərimizin müasir infrastrukturla təchiz edilməsindən də danışmışdır. Daha sonra o , Fransanın və digər Qərb ölkələrinin Ermənistanı qərəzli şəkildə silahlandırmasından, sərhədlərimizdə qanunsuz olaraq dırnaqarası “ Avropa sülh” müşahidəçi missiyasının yerləşdirilməsindən bəhs etmiş, bunu bizə qarşı yönəldilən “ Binokl diplomatiyası” adlandırmışdır.
İlham Əliyev daxili təhlükəsizliyin təmin olunması üçün lazımi tədbirlərin görüldüyünü, təxribatların qarşısını almaq məqsədilə quru sərhədlərimizin bağlı saxlanıldığını və xarici risklərdən qorunduğunu xüsusilə diqqətə çatdırmış, ölkəmizə qarşı yönəldilən ideoloji təxribatın qarşısının alındığını bildirmişdir. Ölkə başçısı Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün bu ilin sonuna qədər 19 milyard manat vəsaitin ayrıldığını bildirmiş və bu məbləğin infrastruktur layihələrinə yönəldildiyini, eyni zamanda keçmiş köçkünlərin qaytarılması üçün işlər görüldüyünü və artıq səkkiz mindən çox insanın doğma torpaqlarına yerləşdirildiyini qeyd etmişdir. Hazırda bu regionda 3 min kilometr avtomobil yolu inşa edilmiş, ümumi uzunluğu 70 kilmetr olan 45 tunelin tikintisinə başlanılmış, dəmir yolları , iki beynəlxalq hava limanı istifadəyə verilmiş, 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmiş, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilmiş, kəndlər salınmışdır. Regionda mədəni, tarixi irsimizin qorunması üçün praktiki işlər görülmüş, tarixi abidələr bərpa edilmiş, ermənilər tərəfindən dağıdılmış yeddi məscid yenidən qurulmuşdur. Hazırda səkkiz məscidin inşası davam edir, Zəfər muzeyləri, işğal muzeyləri, Zəfər parkları salınır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018 – ci ildən indiyə kimi ölkə üzrə ümumi məbləği 7 milyard manat olan 4 sosial islahatlar paketinin həyata keçirildiyindən, bu layihələrin 4 milyon insanı əhatə etdiyindən, son beş il ərzində Azərbaycanda minimum əmək haqqının 2,7 , minimum pensiyanın 2,5 dəfə artırıldığından və gələn il yenidən aartırılacağından da bəhs etmişdir.
Dövlət başçısı Azərbaycanın özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqlədiyini, xüsusilə tarixi zəfərimizdən sonra, beynəlxalq nüfuzumuzun artdığını, mövqeylərimizin möhkəmləndiyini qeyd etmişdir. Təsadüfi deyil ki, 200- ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərarla COP 29 – un Azərbaycanda keçirilməsi planlaşdırılmışdır. Bütün bu əldə olunan nailiyyətlər ölkəmizin hərtərəfli inkişafının bariz nümunəsidir və bu uğurların davam edəcəyinə bütün qəlbimizlə inanırıq.
Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65