Mobil versiya
BMT: Ukrayna sakinləri qışda 18 saata qədər işıqsız qala bilərlər
Tarix: 19-09-2024 | Saat: 14:36
Bölmə:Dünya | çapa göndər

BMT:

Rusiyanın Ukraynanın enerji sisteminə endirdiyi zərbələr qarşıdakı qış aylarında ölkə sakinlərinin həyat şəraitinə təhlükə yaradır.

aia.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynada İnsan Hüquqlarının Monitorinqi Missiyasının hesabatında deyilir.

Ekspertlərin sözlərinə görə, bu qış ukraynalıların elektrik enerjisi təchizatında gündə 4 saatdan 18 saata qədər fasilələr ola bilər.

Hesabatda bildirilir ki, Kiyev sakinlərinin demək olar ki, 95%-i zirzəmilərin mərkəzləşdirilmiş istilik sistemlərindən istifadə edir, binanın yuxarı mərtəbələrinin istiliklə təmin edilməsi üçün elektrik nasosları lazımdır.

"Qəza ehtiyatı üzrə elektrik enerjisi təminatı olmasa, milyonlarla şəhər sakini istiliksiz qala bilər", - hesabatda vurğulanır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024