Ana Sayfa > Dünya > BMT:
BMT:19-09-2024, 14:36. Yazar: sevinc1 |
Rusiyanın Ukraynanın enerji sisteminə endirdiyi zərbələr qarşıdakı qış aylarında ölkə sakinlərinin həyat şəraitinə təhlükə yaradır. aia.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynada İnsan Hüquqlarının Monitorinqi Missiyasının hesabatında deyilir. Ekspertlərin sözlərinə görə, bu qış ukraynalıların elektrik enerjisi təchizatında gündə 4 saatdan 18 saata qədər fasilələr ola bilər. Hesabatda bildirilir ki, Kiyev sakinlərinin demək olar ki, 95%-i zirzəmilərin mərkəzləşdirilmiş istilik sistemlərindən istifadə edir, binanın yuxarı mərtəbələrinin istiliklə təmin edilməsi üçün elektrik nasosları lazımdır. "Qəza ehtiyatı üzrə elektrik enerjisi təminatı olmasa, milyonlarla şəhər sakini istiliksiz qala bilər", - hesabatda vurğulanır. aia.az Geri dön |