Mobil versiya
İspaniya Futbol Federasiyası “Real Madrid”in şikayətini rədd etdi
Tarix: 14-01-2025 | Saat: 11:02
Bölmə:İdman | çapa göndər

İspaniya Futbol Federasiyası “Real Madrid”in şikayətini rədd etdi

İspaniya Futbol Federasiyası “Real Madrid” klubunun apellyasiya şikayətini rədd edib.

aia.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. La Liqa təmsilçisinin Vinisius Juniorun cəzası ilə bağlı şikayəti təmin olunmayıb. Qurum tərəfindən qoyulan iki oyunluq diskvalifikasiyası qüvvədə qalıb.

Qeyd edək ki, İspaniya La Liqasının XII turunun "Valensiya" ilə keçirilən oyununda (2:1) rəqib qapıçı Stole Dmitrievskini itələdiyi üçün qırmızı vərəqə alan Vinisius iki matçlıq cəzalanıb. O, “Las Palmas” və “Valyadolid”lə qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025