Mobil versiya
Ötən il 195-1 Çağrı Mərkəzinə 633 mindən çox müraciət olub
Tarix: 14-01-2025 | Saat: 11:28
Bölmə:İqtisadiyyat | çapa göndər

Ötən il 195-1 Çağrı Mərkəzinə 633 mindən çox müraciət olub

2024-cü il ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 633 mindən çox müraciət olub.
2024-cü il ərzində 195-1 Çağrı Mərkəzinə 561 994 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 633 020 müraciət olub.

Bu barədə aia.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Müraciətlər əsasən istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Göstərilən xidmətlər ödənişsizdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025