Mobil versiya
Zelenski Trampı Ukraynadakı münaqişəyə son qoymaq planını söyləməyə çağırıb
Tarix: 03-07-2024 | Saat: 18:34
Bölmə:Özəl | çapa göndər

Zelenski Trampı Ukraynadakı münaqişəyə son qoymaq planını söyləməyə çağırıb

Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampı Ukraynadakı münaqişəyə son qoymaq planını söyləməyə çağırıb. Bu barədə Bloomberg məlumat yayıb.Zelenskinin sözlərinə görə, bu məqsədlə o, hətta Tramp və komandası ilə şəxsi görüş keçirməyə də hazırdır. O, həmçinin əlavə edib ki, Kiyev başa düşməlidir ki, ABŞ prezident seçkilərindən sonra Ukraynaya yardımı davam etdirəcək, yoxsa “onlar tamamilə tək qalacaqlar”.
“Əgər Tramp bu müharibəni necə bitirəcəyini bilirsə, bu gün bizə deməlidir. Əgər Ukraynanın müstəqilliyi üçün risklər varsa, dövlətçiliyimizi itirsək, buna hazır olmaq istəyirik, bilmək istəyirik”, – Zelenski bildirib.
Bundan əvvəl Donald Tramp Ukraynadakı münaqişəni sülh yolu ilə dayandırmaq üçün müfəssəl plan hazırladığını bildirmişdi. Eyni zamanda siyasətçi ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər layihəsini açıqlamayacağını vəd edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-07-2024