Mobil versiya
Prezident İlham Əliyev Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib
Tarix: 06-07-2024 | Saat: 11:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyev Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan lideri İlham Əliyevin Məsud Pezeşkiana ünvanladığı təbrik məktubunda qeyd edilib.

"Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq. İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm Sizə ən xoş arzularımı çatdırır, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram", - dövlət başçısı qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2024