Mobil versiya
Qalib gəlsəm, Rusiya ilə bağlı ilk qadağa... - Le Pen
Tarix: 06-07-2024 | Saat: 09:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Qalib gəlsəm, Rusiya ilə bağlı ilk qadağa... -

Əgər Emmanuel Makron Ukraynaya qoşun yeritmək istəsə və baş nazir buna qarşıdırsa, o zaman Ukraynada qoşun olmayacaq. Son sözü baş nazir deyir.

aia.az xəbər verir ki, bunu Fransanın Milli Birlik Partiyasının sədri Marin Le Pen bazar günü keçiriləcək parlament seçkilərinin ikinci turunda qalib gələcəyi təqdirdə atacağı addımlar haqda danışarkən deyib.

Le Pen həmçinin əmin edib ki, o, Kiyevə Fransanın verdiyi raketlərlə Rusiya ərazisini vurmaq icazəsini dərhal ləğv edəcək.

Onun sözlərinə görə, Ukrayna üçün yeganə “qırmızı xətt” Rusiya ərazisindəki hədəflərə qarşı Fransanın uzaqmənzilli raketlərindən istifadə etməklə Fransanı münaqişənin ortağına çevirməkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2024