Mobil versiya
Boko Haram terrorçuları Nigeriyada Ali Məhkəmənin hakimini qaçırıblar
Tarix: 25-06-2024 | Saat: 17:13
Bölmə:Özəl | çapa göndər

Boko Haram terrorçuları Nigeriyada Ali Məhkəmənin hakimini qaçırıblar


Nigeriyada terror təşkilatı Boko Haram üzvləri ölkənin şimal-şərqindəki Borno əyalətində Ali Məhkəmənin hakimini qaçırıb.Ölkə mətbuatında yer alan xəbərlərə görə, Borno əyalətinin Buratai-Buni Qari avtomobil yolunda terrorçular ştatın Ali Məhkəməsində işləyən hakim Haruna Mşelianın maşınına hücum ediblər.Boko Haram üzvü terrorçular hakim Mşelianı və onun ərini, həmçinin avtomobildə olan 2 nəfəri qaçırıblar.

Borno əyalət polisinin sözçüsü Nahum Daso hücumu təsdiqləyib və qaçırılan şəxslərin tapılması üçün araşdırmalara başlanıldığını bildirib.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan terror təşkilatı Boko Haramın 2009-cu ildən bu yana təşkil etdiyi kütləvi zorakılıqlarda 20 mindən çox insan həyatını itirib.

Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib. Təşkilatın Çad Gölü hövzəsindəki hücumlarında ən az 2 min adam həyatını itirdi.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2024