Mobil versiya
Polşa Rusiya qazının alıcılarına ödənişlərin dayandırılması ilə bağlı xəbərdarlıq edib
Tarix: 28-06-2024 | Saat: 15:29
Bölmə:Özəl | çapa göndər

Polşa Rusiya qazının alıcılarına ödənişlərin dayandırılması ilə bağlı xəbərdarlıq edib

Macarıstan, Slovakiya və Avstriya şirkətlərinin Qazprom-a tədarük olunan qaza görə ödənişləri dondurula bilər. Reuters xəbər verir ki, Polşanın enerji nəhəngi Orlen bu barədə hələ may ayında rus tədarükçünün tərəfdaşlarına xəbərdarlıq edib.Şirkət 2022-ci ildə Rusiyadan qaz nəqlinin kəsilməsindən sonra dəyən itkilərə görə kompensasiya tələb edir. Sonra Orlen rublla ödənişə keçməkdən imtina etdi, çünki müqavilədə fərqli valyuta göstərilmişdi və Qazprom nasosu dayandırdı.

Agentlik mənbələrinin məlumatına görə, Polşa xəbərdarlığı Macarıstan hakimiyyətini MVM CEEnergy dövlət şirkətinin ödənişlərinə həbs qoyulmasının qarşısını almaq üçün fərman verməyə məcbur edib. Budapeşt bu qərarı ölkənin enerji təchizatı üçün təhlükə kimi izah edib.Ödənişləri bloklamaq təhlükəsi ilə üzləşən Avstriyanın OMV şirkəti arbitraj prosesi ilə bağlı şərh verməkdən imtina etdi, lakin bir ay əvvəlki mesaja istinad etdi. Bildirilib ki, xarici məhkəmənin “böyük Avropa enerji şirkəti”nin xeyrinə verdiyi qərara görə, Qazprom-un tədarükünü dayandıra bilər.

Avstriyanın Energetika Nazirliyi öz növbəsində qeyd edib ki, Rusiya qazından asılılıq mövcud olsa da, müxtəlif səbəblərə görə tədarükün kəsilməsi təhlükəsi qalmaqdadır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2024